Accessibility links

Samirə məscidini partlatmaqda şübhəli bilinən şəxs yaxalanıb


İraqın Milli təhlükəsizlik üzrə müşavirləri Əl-Qaidə üzvü olmaqda şübhəli bilinən şəxsin ələ keçirildiyini bildirib. Həmin şəxs cari ilin əvvəllərində təriqət davasına sıbıb olan şiə məbədinin partladılmasında ittiham edilir. Bildirildiyinə görə, tunisli Əbu Qudama adlı bu şəxs bir neçə gün əvvəl Amerika və İraq qüvvələri ilə qarşıdurma zamanı yaralanmışdı. Qudamanın fevral ayının 22-də Samirə şəhərində bir neçə əsr yaşı olan məscidinin gümbəzinə bomba yerləşdirdiyini etiraf etdiyi xəbər verilir. Eyni zamanda Bağdaddakı sünni məscidi yaxınlığında maşına yerləşdirilən bomba partlayışının 3 adamın ölümü ilə nəticələndiyi bildirilir.
XS
SM
MD
LG