Accessibility links

Qırğız fermerlərinin sərhəd insidenti rəsmi Daşkəndlə Bişkeki toqquşdurub


Qırğız sərhədçilərinin iki özbək kəndlisini güllə ilə yaralaması ilə nəticələnən sərhəd insidenti iki ölkənin rəhbərləri arasında gərginliyə səbəb olub. Özbək rəsmiləri bildirir ki, qırğız sərhədçiləri Şərqi Fərqanə vadisində, Loqon kəndi yaxınlığında Özbək ərazisinə daxil olub, fermerlərə hücum edərək onların mal-qarasını oğurlamağa cəhd göstəriblər. Digər kəndlilərin işə qarışmasından sonra qırğız sərhədçiləri onlara atəş açıb və iki nəfəri ayağından yaralayıblar. Assoşieyted Press agentliyinin yaydığı xəbərə görə, qırğız rəsmiləri sərhədçilərin 20-yə qədər özbək kəndlinin onlara daş atmağa başlamasından sonra, müdafiə məqsədilə atəş açdığını bildirib. Həmin xəbərdə fermerlərin öz mal-qarasını qırğız ərazisində otardığı göstərilir. Bu iki Mərkəzi Asiya ölkəsinin bölüşdüyü min yüz kilometrlik sərhəddin bir hissəsi 1991-ci ildə Sovet İttifaqı parçalandıqdan sonra hələ də demarkasiya olunmamış qalır.
XS
SM
MD
LG