Accessibility links

$10,000,000 - Rus diplomatları öldürənlər barədə xəbər üçün


İraqda ABŞ hərbçilərinin qayda-qanunları pozması barədə irəli sürülən son iddilarla əlaqədar olaraq istintaqın başladığı bildirilib. ABŞ hərbi nümayəndəsinin dediyinə görə, bu ay Mahmudiyyədə baş verən hadisə ilə əlaqədar cinayət işi başlayıb. Burada ABŞ hərbçilərinin bir ailənin dörd üzvünü öz evlərində öldürdükləri iddia olunur. ABŞ-ın hərbi dairələrinin bəyanatında ilkin sorğu-sualın istintaq aparmaq üçün əsas verdiyi göstərilir. Digər tərəfdən, Rusiyanın İraqdakı səfirliyinin dörd işçisini girov götürüb öldürənlərin həbsinə yardım edəcək məlumat üçün 10 milyon dollar mükafat təklif edilir. Girovdarlar qaçırılan rusların öldürülməsini internetdə göstəriblər.
XS
SM
MD
LG