Accessibility links

İsrail Qəzza zolağında hücumlarını gücləndirib


İsrail giröv götürülən əsgəri azad etmək üçün Qəzza zolağına hücumlarını genişləndirib. Lakin Tel Əviv məsələnin həll yolunu tapmaq üçün diplomatik qapıları hələ da açıq saxlayıb.

İsrailin hərbi təyyarələri Fələstin Daxili İşlər Nazirliyinin binası daxil olmaqla Qəzza zolağının 30 dan çox obyektinə hücum edib və bölgəni təyarələrlə və toplarla atəşə tutmaqda davam edir. Lakin Misirin tələbinə əsasən, Qəzza zolağına qurudan hücum təxirə salınıb.

Fələstin muxtar idarəsinin baş naziri və Həmas qrupunun lideri İsmayıl Həniyyəh Qəzza şəhərində deyib ki, o, Fələstin yaraqlıları tərəfindən giröv götürülən əsgərin azad edilməsi məsələsini həll etmək üçün ciddi-cəhdlə çalışır. 19 yaşlı əsgəri azad etmək üçün İsrailin həyata keçirdiyi hərbi əməliyyatı birbaşa hədə xarakteri daşıyır. Misir prezidenti Hüsni Mübarək isə deyib ki, Həmas əsgərin azad edilməsi şərtlərilə razıdır.

İsrail cənab Mübarəkin bu bəyanatına cavab verməyib, lakin bildrib ki, o, əsgərin şərtsiz azad edilməsini istəyir. İsrail dünən Qüdsdə yaşayan Həmasın bir naziri və 4 rəsmisi daxil olmaqla 60-dan çox Həmas üzvünü nəzarət altına alıb. İsrail hökumətinin sözçüsü Mark Regev deyib: “ Tutulanlar Həmas terrocu təşkilatının liderləridir”. Bu arada Fələstin prezidenti Mahmud Abbas Həması İsrail əsgərini təcili olaraq azad etməyə çağırıb. İsrail girovdarların əsgəri İsraildəki Fələstinli məhbuislarla əvəz etmək tələbini rədd edib.

Əl-Aqsa şəhidlər briqadası isə bildirir ki, o, İordan çayının qərb sahilində 22 yaşlı bir İsrail əsgərini giröv götürüb. İsrail bu iddianı araşdırdığını bildirib

XS
SM
MD
LG