Accessibility links

Diskoveri səmaya qalxdı


Bir neçə dəfə təxirə salındıqdan sonra Birləşmiş Ştatların fəza və aeronaftika agentliyi NASA Diskoveri şatlını kosmosa göndərməyə nail oldu. NASA pis hava şəraitinə görə Diskaverinin uçuşunu iki dəfə təxirə salmışdı. Bu gün kosmik gəminin fəzaya göndərilməsi haqda qərar şatlın yanacaq bakında izolasiya qatının ona zərər vura bilməyəcəyinə dair nəticə çıxarıldıqdan sonra verilib. Problem bazar günü şatlın uçuşu ikinci dəfə təxirə salındıqdan sonra axşam aşkar edilmişdi. Bu gün şatlın yanacaq bakına iki milyon litr maye hidrogen və oksigen doldurulub. Diskaveri Florida ştatında Kennedi uçuş mərkəzindən yerli vaxta saat 2:38-də səmaya qalxdı. Diskoverinin kosmosa 12 günlük missiyası zamanı uçuş heyəti beynəlxalq fəza stansiyasını çox mühüm təchizatla təmin edəcək.
XS
SM
MD
LG