ABŞ Dövlət katibi Kondoliza Rays Türkiyənin xarici işlər naziri Abdulla Güllə görüşüb. Görüşdən sonra mətbuat konfransında danışan Kondoliza Rays və Abdulla Gül Türkiyə və Amerikanın birgə strateji maraqlara malik olduqlarını vurğulayaraq, iki ölkə arasında “Ortaq baxışlara dair” sənədin hazırlandığını bəyan etdilər.
Türkiyə və Amerika arasında güclü dosluq əlaqlərini vurğulayan xanım Rays sənədin regional və qlobal sabitliyə xidmət edəcəyini söylədi.
Xarici işlər naziri Abdulla Gül Türkiyə ilə Amerika arasında möhkəm əsaslarda strateji əməkdaşlığın mövcudluğunu qeyd edərək görüş zamanı İran, İraq, PKK, Yaxın Şərq, Kipr və regionun enerji lahiyələrini müzakirə etdiyini bildirdi. Abdulla Gül “Ortaq baxışlara dair” memorandumun iki ölkə arasında dialoqun inkişafına yardım edəcəyini, regional və qlobal məsələlərdə yaranan narahatlıqları azaltmaq səylərində faydalı olacağını dedi.
ABŞ Dövlət katibi Kondoliza Rays və Türkiyənin xarici işlər naziri Abdulla Gül arasında müzakirə olunmuş strateji baxışlara dair sənəd Türkiyə və Amerikanın Yaxın Şərqdə və beynəlxalq aləmdə mübahisəli məsələlərin birgə həlli üçün səyləri müəyyənləşdirir.