Accessibility links

İran Böyük səkkizliyə xəbərdarlıq edib


İran sənayesi inkişaf etmiş ölkələrin Böyük səkkizlik klubuna Tehranla məsləhətləşməmiş İranın nüvə proqramı barədə hər hansı qərar çıxarmanın qəbuledilməzliyi barədə bəyanat verib. İranın xarici işlər naziri Mənuçehr Mottəki deyib ki, İran bu qrupun sammitində iştirak etməyəcəyi üçün orada qəbul ediləcək hər hansı qərar İranın nüvə proqramı ətrafında yaranmış böhranı daha da dərinləşdirə bilər. İranın nüvə danışıqlarındakı nümayəndəsi Əli Laricani bu həftə Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Havyer Solana ilə görüşərək Tehranı nüvə proqramını dayandırmağa təşviq edəcək həvəsləndirici təkliflər paketini müzakirə edəcək. Qeyd edək ki, təklif müəllifləri olan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya İranın Böyük səkkizliyin 15 iyulda keçiriləcək sammitinədək cavab verməsini istəyib.
XS
SM
MD
LG