Accessibility links

Prezident Buş bu gün ABŞ-ın iqtisadi durumuna dari məruzə ilə çıxış etdi


Prezident Buş bildirib ki, ABŞ-ın büdcə çatışmazlığının azaldılması səyləri müvəffəq və gözlənildiyindən daha sürətlə gedir. ABŞ prezidentinin sözlərinə görə, vergilərin ixtisarı iqtisadiyyatın inkişafına yardım edir və iqtisadi artım hökumətin gəlirlərini yaxşılaşdırır. “Birləşmiş Ştatların büdcə ekspertləri büdcə çatışmazlığının 6 ay bundan əvvəl proqnozlaşdırıldığından 30 faiz az olacağını bildirir”-deyə o deyib. Prezident Buş bunu yaxşı xəbər adlandırıb. ABŞ rəsmiləri bu il gözlənildiyindən 296 milyard dollar az xərcləniləcəyini bildirir. Büdcə çatışmazlığı bununla əvvəl müəyyən edildiyindən 127 milyard dollar azdır. Cənab Buş Konqresi milli təhlükəsizlik sahəsinə aid olmayan xərcləri azaltmağa çağırıb. O bildirib ki, hərbi qüvvələrin lazımi vəsaitlə təmin edilməsi prioritet olaraq qalır. Prezident Buş Konqresin üzvlərini siyasəti bir kənara qoyub, təqaüd proqramları və yaşlılara tibbi yardım proqramlarına ayrılan xərləci azaltmaq yollarını tapmağa çağırıb. Gələn bir neçə il ərzində İkinci Dünya müharibəsindən sonra anadan olmuş insanların təqaüdə çıxması ilə bu proqramlara xərclərin kəskin artacağı gözlənilir. ABŞ prezidenti çıxışı zamanı Rusiyanın Dünya Ticarət təşkilatına üzv qəbul ediləcəyinə ümidini ifadə edib. O deyib ki, Rusiya və Birləşmiş Ştatların Rusiyanın quruma üzvlüyünə imkan verəcək razılıq əldə edəcəyinə ümid bəsləyir. Ekspertlərin fikrincə, Vaşinqtonla məsələdə razılıq Moskvanın uzun illərdir səy göstərdiyi Dünya Ticarət Təşkilatına üzvlüyü məsələsi qarşısında əsas maneələrdən biridir.
XS
SM
MD
LG