Accessibility links

İraqda təriqət qarşıdurması davam edir


İraqın şimalında slahlı şəxslər İraq əsgərlərinin postunu gülləbaran etmiş, ölkənin başqa yerlərində isə Sünni və Şiə məscidləri hücumlara məruz qalmışdır. Şimali Kərkük şəhəri yaxınlığında yaraqlılar ən azı 11 əsgəri qətlə yetiriblər.

İraq polisinin verdiyi məlumata əsasən, Sünni məscidində baş verən bomba partlayışı 7 adamın həyatına son qoymuş, 5 nəfəri isə yaralamışdır. Bomba ibadətçilər Cümə namazını tərk edərkən işə salınıb.

Bağdadın şimal-şərqində Şiə məscidinə atılan minamyot atəşinin qəlpələri 2 adamı öldürmüş, bir neçəsini isə yaralamışdır.

Qeyd edək ki, ötən həftə ərzində Bağdad və onun ətrafında cərəyan edən təriqətlərarası zorakılıqlar nəticəsində çoxlu sayda İraqlı həlak olub.

XS
SM
MD
LG