Accessibility links

Böyük Səkkizlər Qrupu yekun qərarını qəbul etdi


Böyük Səkkizliyə daxil olan ölkələrin liderləri İran və Şimali Koreyanın nüvə proqramları da daxil edilməklə dünyanın problemləri haqda geniş miqyaslı fəaliyyət planı qəbul ediblər. Sammitin üçüncü - sonuncu günü varlı dövlətlərin nazirləri qlobal enerji tənlükəsizliyinə, qlobal terrorizmə və QİCS xəstəliyinə qarşı mübarizə kimi məsələlər də daxil edilməklə yekun sənəd qəbul etdilər. Lakin İsrail və Livanda situasuyanın pisləşməsi yığıncaqda əsas yer aldı. B

öyük Səkkizliyin liderlərinin Yaxın Şərq haqda yekdilliklə qəbul etdikləri bəyanatda qeyd edildi ki, əsas məsələ hər iki tərəfin hərbi əməliyyatları dayandırması barədə təcili fəaliyyət göstərməsidir.

Rusiya, Birləşmiş Ştatlar, Britaniya, İtaliya, Fransa, Almaniya, Kanada və Yaponiya liderləri İranın nüvə proqramı məsələsinin BMT Təhlükəsizlik Şurasına çıxarılması təkliflərini dəstəkləmişlər. Şimali Koreyaya gəldikdə isə nazirlər bu yaxınlarda keçirdiyi nüvə raketi sınağı ilə əlaqədar bu ölkəni qınamış və Pxenyanı nüvə proqramından əl çəkməyə çağırmışlar.

Böyük Səkkizliyin liderləri eləcə də, Şimali Koreyanı bu ilin əvvəlində dondurulmuş altıtərəfli dasnışıqların bərpasına çağırmışlar. Səkkizlər qrupunun gərgiliklərlə bağlı qəbul etdiyi bəyanatda ən əsas, üçüncü məsələ yoluxucu xəstəliklərdir. Bəyanat beynəlxalq ictuimaiyyətin bu məsələyə nəzarəti artırmasına və monitorinqinə, eləcə də elmi təhqiqatlar aparılmasına çağırır.

Sammitə ev sahibliyi edən Rusiyanın prezidenti Vladimir Putin müxbirlərlə görüşü zamanı sammitin nəticələrindən razı qaldığını bildirmişdir. Bütün bunlarla yanaşı Böyük Səkkizlər Qrupu qlobal terrorizmə qarşı və hökumətin yüxarı təbəqələrində korrupsiyaya qarşı mübarizəni gücləndirmək barədə razılığa gəlmişlər.

XS
SM
MD
LG