Türk mediasının verdiyi xəbərlərə görə, Türkiyə hökuməti ordu rəhbərliyinə Şimali İraqda kürd yaraqlılarına qarşı əməliyyatın planını hazırlamaq əmrini verib. Bu xəbərlər kürd yaraqlılarının keçən həftə Türkiyə təhlükəsizlik xidmətinin 15 əməkdaşını öldürməsindən sonra yayılıb. Birləşmiş Ştatlar Türkiyəyə İraqın stabil regionlarında qərar tutmuş yaraqlılara qarşı əməliyyatlar etməməsi barədə xəbərdarlıq edib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-ın bu mövqeyini tənqid edərək terrorizmin hər yerdə terrorizm olduğunu deyib.