Accessibility links

Rusiya və Gürcüstan prezidentləri görüşə hazırlaşır


Gürcüstan prezident Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinlə görüşü təşkil etmək üçün özünün xüsusi nümayəndəsini Mokvaya göndərib. Gürcüstan və Rusiyanın xəbər agentliklərinin bildirdiyinə görə, dövlət başçıları cümə günü Moksvada başlayacaq regional qeyri-formal zirvə görüşü çərçivəsində görüşəcəklər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün rəsmi Tbilisini Abxaziya və Cənubi Osetiya regionlarında gərginliyi artırmaqda ittiham edib. Gürcüstanda isə parlament bu gün Rusiyanın sülhümünafizə qüvvələrinin regionu tərk etməsini tələb edən qətnamə qəbul edib. Separtaçı Abxaziya və Cənubi Osetiyanın liderləri qərarı qınayıb.

XS
SM
MD
LG