Accessibility links

Corc Bush: Azadlıq və vətəndaşlıq hüquqları hələ də inkişaf edir


ABŞ prezidenti Corc Buş azadlıq və vətəndaşlıq hüquqlarının Amerikada hələ də inkişafda olduğunu deyib. Amerikanın ən uzunmüddətli fəlaiyyətə malik olan mülki vətəndaş hüquqları qrupu - Afrika mənşəli amerikalıların Milli Asssoisyasının 97-ci illik konvensiyasında çıxış edən prezident deyib ki, amerikalılar bərabərlik vədlərin əməl edildiyinin şahidi olmuşlar.

Afrika mənşəli amerikalıların Milli Assosiasiyasında prezident Buş ilk dəfə 2001-ci ildə hakimiyyətə gəlməsindən əvvəl olmuşdu. Qrupla prezident arasındakı münasibətlər Assosiasiyanın Buş administarsiyasının siyasətini tənqid etməsi ilə zəifləmişdir. ABŞ prezidentinin demokratların daimi himayədarı olan Afrika mənşəli amerikalıların Milli Assosiasiyasındakı çıxışı onun respubliakçı partiyasının imicinin yaxşılaşdırılması məqsədi daşıyır. Corc Buş Afrika mənşəli amerikalıların respublikaçılara etimad etmədiyinin məlum oldğunu demiş və dəyişiklik edilməsi uğrunda iş apardığını bildirmişdir.

XS
SM
MD
LG