Accessibility links

Prezident Buş Səudiyyə Ərəbistanının rəsmiləri ilə görüşüb


ABŞ prezidenti Corc Buş dünən Ağ Evdə Səudiyyə Ərəbistanının yüksək səviyyəli diplomatları ilə görüşərək, İsraillə Livandakı Hizbullah qrupu arasındakı qan töküləsinin qarşısını almaq yollarını müzakirə etmişlər. Amerikanın Səsinin müxbiri Paula Volfson xəbər verir ki, görüş dövlət katibi Kondaliza Raysın regiona səfərindən bir neçə saat əvvələ təsadüf edib.

Prezident Buş və dövlət katibi Kondaliza Raysın Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud Əl-Feysəl və Səudiyyənin Milli Təhlükmsizlik Şurasının başçısı, şahzadə Bəndar bin Sultanla danışıqları bir saata qədər davam edib. Danışıqlar ictimaiyyətə açıqlanmadan bağlı qapılar arxasında keçirilib. Lakin görüşdən sonra xarici işlər naziri müxbirlərlə qısa söhbəti zamanı prezident Buşa Səudiyyə kralı Abdullanın təcili surətdə atəşkəsə çağıran məktubunu təqdim etdiyini bildirib.

Cənab Səud birincilik verilən məsələnin Livanın suverenliyinin qorunması və prezident Buşun bu münaqişənin Livan xalqına təsirindən yaxşı xəbərdar olduğunu bildirib.

Lakin Buş administrasiyası təcili atəşkəsin səmərəli olmayacağı və yeganə çxış yolunun Hizbullahın tərksilahı və Livan hölumətinin sülhü təminat altına aldığı təqdirdə mümkünlüyündə gördüyünü bildirmişdir.

Bunlarla yanaşı, Səudiyyə rəsmisi məsələrlə müxtəlif baxışları haqda məlumat verməkdən imtina edərək, bununla Kondaliza Raysın səfərini çətinləşdirmək istəmədiyini bildirib. O, eləcə də Birləşmiş Ştatların Səudiyyə Ərəbistanının Suriyadan Hizbullaha dəstəyini dayandırmasına təzyiq göstərməsi barədəki sualları da cavabsız qoyub.

Qeyd edək ki, Birləşmiş Ştatların BMT-dəki səfiri Con Bolton Fox Xəbərlər televiziya proqramına verdiyi müsahibəsində demişdir ki, Kondaliza Raysın regiona səfərinin məqsədi zorakılıqlara səbəb olan probelmlərin həlli barədə danışıqlar aparmaqdır.

Ağ Evin kadrlar şöbəsinin müdiri Coş Bolten isə deyib ki, döyüşlərə son qoyulmasında NATO hərbi qüvvələri çxış yollarından biri ola bilər. Lakin o, Birləşmiş Ştatlar hərbi qüvvələrinin burada iştirakının gözlənilmədiyini bildirib.

XS
SM
MD
LG