Accessibility links

Serbiya və Kosovo liderləri Vyanada görüşmüşlər


Serbiya və Kosovo albanlarının liderləri bu gün görüş keçirərək, Kosovo vilayətinin gələcəyi barədə danışıqlar aparıblar. Vyanada, bağlı qapılar arxasında keçirilən danışıqlarda Serbiya prezidenti Boris Tadiç və baş nazir Vojislav Kostunitsa həmkarları Fatmur Sejdi və Aqim ceku ilə görüşmüşlər. Qeyd edək ki, bu danışıqlar 1999-cu ildə NATO hərbi təyyarələrinin serb qoşunlarını vilayətdən çıxarmasından sonra ilk danışıqlardır.

Xəbərlərdə bildirilir ki, Serbiya prezidenti tərəflərin Kosovoda dinlərarası razılq və azlıqda olan serblərin yaşadığı şəhərlərdə azadlığı təminat altına alan razılıq əldə edilməlidir. Serbiyanın baş naziri Koştunitsa Belqradın ərazidə digər bir dövlətin olmasına yol verməyəcəyini bildirib. Kosovo etnik albanlarının prezidenti isə deyib ki, danışıqlar zamanı Kosovonun müstəqilliyi istəyi danışıqlardan kənar edilməməlidir.

XS
SM
MD
LG