Accessibility links

Corc Buş İraqın baş naziri Nuri əl Məliki ilə təriqət münaqişəsini müzakirə edib


Prezident Corc Buş Ağ evdə İraqın baş naziri Nuri əl Məliki ilə görüşünün çox konstruktiv keçdiyini deyib.

Birləşmiş Ştatların prezidenti İraqın seçilmiş liderinin Ağ Evdə salamlanmasını tarixi hadisə adlandırıb.

İki ölkə başçısı Bağdadda təriqət münaqişəsinə son qoymaq yollarını bağlı qapılar arxasında müzakirə ediblər. Görüşdən sonra cənab Buş Bağdadın təhlükəsizliyini artırmaq və yaranmış şəraitə uyğun tədbirlər görülməsi üçün İraqın müxtəlif bölgələrindəki ABŞ qoşunlarının İraqın paytaxtına keçiriləcəyini deyib.

Bu gün İraq hökumətinin digər üzvləri də vitse-prezident Dik Çeyni və müdafiə naziri Donald Ramsfeld də daxil olmaqla ABŞ rəsmiləri ilə görüşəcəklər.

XS
SM
MD
LG