İsrailin Livana hücumları davam etdikcə bütün Yaxın Şərq boyu Hizbullah həm alqış, həm də tənqidlərlə üzləşir. Bəziləri bu münaqişənin başlamasında Hizbullah qrupunu günahlandırılır.
İordaniya paytaxtı Ammanda Hizbullaha dəstək məqsədi ilə keçirilən nümayişlər Yaxın Şərq boyu yayılmış sentimenti əks etdirir. Bunlarla yanaşı, İordaniyanın İslam Cəbhəsi partiyasının başçısı Həmzə Mənsur Hezbullaha münasibətə gəldikdə vətəndaşlarla hökumət arasında yarğan olduğunu bildirir və deyir ki, artıq ərəb dövlətlərinin bunları barışdırmaqla və sionist düşmənçiliyinə son qoymaqla bu xalqa münasibət bildirməsinin vaxtı gəlib çatıb.
Qeyd edək ki, İordaniya, Misir və Səudiyyə Ərəbistanı hökumətləri Hizbullahı dəstəkləmədilər. Lakin onlar İsraildən Livana hüculları dayandırmağı tələb etdilər.
Bazar günü prezident Buşla görüşən Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud Əl-Feysəl atəşin dərhal dayandırılmasına çağırdı. Livan hökuməti və ordusu Livanınkından daha güclü hərbi qüvvələrə malik olan Hizbullahı nəzarət altında saxlaya bilmir. Qeyd edək ki, təşkilatın nümayəndələri həm də şiə müsəlmanlardır və onların siyasi simpatiyaları Livan vətəndaşının milli-siyasi kimliyi və İrandakı şiələrlə din qardaşlığı arasında parçalanıb.
Yaxın Şərq üzrə expert Deyvid Şenker əsasən sünni olan İordaniya, Misir və Səudiyyə Ərəbistanı hökumətlərinin İranı təhlükə saydıqlarını deyir. O deyir: “Hizbullahın azadlığı kral Abdullanın marağında deyil. Bu, Mübarəyin maraqlarına da uyğun deyil. Bu, Səudiyyə Ərəbistanının marağında da deyil."
Əsasən şiələrin üstünlük təşkil etdiyi İraqın baş naziri Nuri əl Maliki də Livana hücumlarına görə İsraili günahlandırır. Bu isə Hizbullahı terrorist qrup adlandıran Birləşmiş Ştatlarla fikir ayrılığı deməkdir.