Accessibility links

Dünya ölkələri Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar Romada görüşdülər


Dünyanın 18 ölkəsi, habelə beynəlxalq təşkilatların nümayəndələri Romada bir günlük görüş zamanı Yaxın Şrəqdə yaranmış vəziyyəti müzakirə ediblər. ABŞ və İtaliyanın həmsədrliyi ilə keçən görüşdə İsrail və Hizbullah arasında zorakılıqları dayandırmaq üçün ümumi planın hazırlanması haqda razılıq əldə edilməyib.

Dünya ölkələrinin diplomatları Roma görüşündə Livanda İsrail və Hizbullah yaraqlıları arasında döyüşlərə son qoymaq üçün atəşkəs haqda razılıq əldə edilməsi istiqmətində işi davam etdirməyə hazırlığını bildirsələr də, zorakılıqları dayandırmaq üçün xüsusi bir plan göstərməyiblər.

Roma görüşündə iştirak edən ABŞ dövlət katibi Kondoliza Rays bildirib ki, atəşkəs davamlı olmalıdır, Livansa suveren və yaraqlılardan azad olmalıdır. Dövlət katibi Rays və BMT-nin baş katibi Kofi Annan bəyan ediblər ki, böhranın həll olunmasına Suriya və İran da cəlb olunmalıdır. Belə ki, Suriya və İran Hizbullaha dəstək verən əsas iki ölkədir.

Cənab Annan Livan hökumətinin öz səlahiyyətlərini bərqərar etməsinə yardım üçün beynəlxalq qüvvələrin yerləşdirilməsinə çağırıb. Kondoliza Rays dünyanın qüdrətli dövlətlərinin Livanın cənubunda qüvvələrin yerləşidirilməsi məsələsini müzakirə edəcək.

Livanın baş naziri Fuda Siniora danışıqlar zamanı tərəqqinin əldə edildiyini bildirib. Onun sözlərinə görə, atəşkəsə nail olmaq və Livan hökumətinə öz səlahiyətlərini bütün ölkədə bərqərar etmək üçün yaxın gələcəkdə görüləsi işlər çoxdur.

Qeyd edək ki, iyul ayının 12-də İsrail və Hizbulah arasında başlamış hərbi əməliyyatlar nəticəsində 400 livanlı və 50 israilli həlak olub.

XS
SM
MD
LG