Accessibility links

İsrailin Təhlükəsizlik Şurası Livanda əməliyyatların genişlənməsinin əleyhinədir


Israil mediasında verilən xəbərlərə görə, ölkənin təhlükəsizlik şurası Livanda Hizbullah qüvvələrinə qarşı quru əməliyyatlarının genişləndirilməsinin əleyhinə qərar verib.

İsrail rəsmilərinin dediklərinə görə, baş nazir Ehud Olmert bildirib ki, İsrail məqsədlərinə nail olub. Nazirlər hava hücumlarının və məhdud quru əməliyyatlarının davamına razılıq veriblər.

Bu gün də İsrail qüvvələri Livanın cənub hissəsini artileriya atəşinə tutub və hava hücumlarını davam etdirib. Hizbullahın İsrailə raket hücumları dayanmır. İsrail tərəfi Romada atəşkəs barədə keçirilən danışıqlarda bir nəticə əldə edilmədiyini deyib.

XS
SM
MD
LG