Accessibility links

Kaliforniyada istidən 130 adam ölüb


Kaliforniya rəsmiləri ən azı 130 nəfərin ölümünə isti hava şəraitinin səbəb olduğunu deyir. Artıq 12 gündür ki, bu ştatda temperatur və rütubət yüksək olaraq qalır. Bu gün sinoptiklər temperaturun düşməsini qeyd edib və sərinləşmənin növbəti həftə ərzində davam edəcəyini deyib.

Mərkəzi Vadidə 45-46 dərəcəyə yüksələn temperatur bu gün 38-ə enib. İsti havaya dözməyib dünyasını dəyişənlərin çoxu qocalardır. Sosial yardım işçiləri bu günlərdə qapı-qapı gəzərək qocaların əhvalından xəbər tutur. İstinin kənd təsərrüfatına da ziyan vurduğu deyilir.

XS
SM
MD
LG