Accessibility links

Prezident Buş Yaxın Şərqdə vəziyyətə dair açıqlamalar verib


ABŞ prezidenti İran və Suriyanın terrorçulara dəstəyinə son qoymalı olduğunu deyib. ABŞ prezidenti Corc Buş Yaxın Şərqdə böhranın diplomatik yolla həll olunacağından əmin olduğunu bəyan edib. Florida ştatının Mayami şəhərinə səfəri zamanı danışan prezident Buş münaqişəyə səbəb olan problemlərin həll olunmasını istədiyini deyib. Prezident Buş bildirib ki, İran Hizbullah kimi terrroçu qruplara maliyyə dəstəyi və onların silahla təchiz edilməsinə son qoymalıdır. “Suriya Livanın suverenliyinə hörmət ediməsi məqsədilə terrorizmə dəstəyi dayandırmalıdır”-deyə ABŞ prezidenti əlavə edib. Prezident Buş beynəlxalq ictimiayyətin Yaxın Şərqdə yaranmış böhranla bağlı dərhal atəşkəs çağırışlarına baxmayaraq, ABŞ-ın uzun müddətli və davamlı sülh istədiyini deyib. Prezident Buş deyib ki, hazırkı böhran Yaxın Şərqdə azadlıq qüvvələri və terrorçu qüvvələr arasında böyük mübarizənin bir hissəsidir. ABŞ prezidentinin çıxışında İsrailin tənqidinə də yer verilməyib.
XS
SM
MD
LG