Ukrayna parlamenti baş nazirin nominasiyasına baxmaq ərəfəsində kabinet nazirləri və Konstitusiya Məhkəməsinin hakimlərinin təsdiqi ilə bağlı səsvermə keçirir. Prezident Viktor Yuşşenko özünün siyasi rəqibi Viktor Yanukoviçin baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. O bunu cənab Yanukoviç prezidentin xarici siyasət məqsədlərini dəstəkləyəcəyinə söz verdikdən sonra edib ki, bu sıraya Ukraynanın NATO-ya və Avropa Birliyinə üzvlüyü məramları daxildir. Cənab Yuşşenko Boris Tarasyuku xarici işlər və Anatoli Xrıstenkonu müdafiə naziri vəzfiələrinə namizəd göstərib.