Rusiyanın dövlət silah ixrac agentliyi Rosoboronexport Birləşmiş Ştatların həmin şirkətə və təyyarə istehsalçısı olan Suxoy şirkətinə qarşı sanksiyalarını pisləyib.
Şirkət ABŞ-ın addımlarını düşmən tədbiri adlandırıb.
Birləşmiş Ştatlar İrana silah satan ölkələr - Kuba, Hindistan, Şimali Koreya və Rusiyanın şirkətlərinə cümə günü sanksiya tətbiq edib.