Accessibility links

Pakistan və İran əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə edib


Pakistan və İran terrorizm, insan və nakotik qaçaqmalçılıqla mübarizədə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə ediblər. Pakistanın daxili İşlər naziri Kamal Şah müxbirlərlə görüşü zamanı bildirib ki, qərar keçən həftə Tehranda keçirilən təhlükəszlik danışıqları zamanı əldə edilib. O bildirib ki, ölkələr arasında aylıq və kvartallıq görüşlər keçiriləcək və 978 km-lik sərhəd bölgəsində insan və narkotik maddə qaçaqmalçılığın vəziyyəti müzakirə ediləcək. Qeyd edər ki, İran Cənubi Asiyadan Avropaya daşınan insan qaçaqmalçılığı üçün əsas tranzit ölkə hesab edilir.
XS
SM
MD
LG