Accessibility links

Pakistanda son 48 saat ərzində bir necə adam həbs edilib


Pakistanda Böyük Britaniyadan Birləşmiş Ştatlara uçan azı on sərnişin təyyarəsinə qarşı terror cəhdi ilə əlaqədar bir neçə nəfər həbs edilib. Son 48 saat ərzində həyata keçirilən həbslər barədə açılamanı Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Təsnim Aslam verib. O deyib ki, bu, bilavasitə Pakistanla Britaniya və Birləşmiş Ştatlar arasındakı fəal əməkdaşlığın nəticəsidir. Pakistanın yerli rəsmiləri 6 gün əvvəl terror cəhdi ilə bağlı Pakistan mənşəli iki Britaniya vətəndaşının Kəraçi və Lahor şəhərlərində həbs edildiyini bildiriblər. Britaniya rəsmiləri terror cəhdi ilə əlaqəsi olan 24 şəxsin sorğu-suala çəkildiyini deyirlər. Lakin bu işdə daha artıq adamın əli olduğuna dair xəbərlər gəzir. Pakistan və Birləşmiş Ştatlar rəsmiləri bildirirlər ki, hücum cəhdi 1995-ci il Sakit Okeanı üzərindən uçan 11 təyyarənin maye partlayıcı maddələrlə partladılması planı ilə oxşar cəhətlərə malikdir. Pakistanın Daxili İşlər Naziri Aftab Əhməd Şerpao Amerikanın səsinə deyib ki, terror cəhdlərinin üstünün açıqlanması Pakistanın terrorizmlə mübarizə siyasətinin bir hissəsidir. O bildirib ki, Paskistan terorizmlə mübarizədə beynəxlaq ictimaiyyətə yardımını davam etdirəcək.

XS
SM
MD
LG