Accessibility links

Britaniyada terror aktının qarşısı alınsa da, kritik təhlükə rejimi qalır


Britaniyanın daxili işlər naziri Con Reydin verdiyi məlumata görə, ABŞ-a uçan təyyarələri partlatmaq cəhdində günahlandırılan əsas şübhəlilər həbs olunandan bir gün sonra ölkədə təhlükə durumu kritik olaraq qalır. Con Reyd bu gün əsas şübhəlilərin həbsdə olduğuna əminliyini bildirsə də, təhqiqatın davam etdiyini deyib.

Qeyd edək ki, ABŞ-ın aeroportları da yüksək təhlükə xəbərdarlığı vəziyyətində işləyir. Təyyarələrə su və gigiyena vasitələri də daxil olmaqla heç bir maye və gel maddə buraxılmır.

Xatırladaq ki, İngiltərə hökuməti dünən terror cəhdində şübhəli bilinən 24 adamı həbs edib. Rəsmilərin bildirdiyinə görə, həmin adamlar bir neçə gündən sonra Birləşmiş Ştatlara uçan 10 təyyarəyə maye partlayıcı keçirməyi planlaşdırırmış. İngiltərə bankı həmin adamlardan 19-nun hesablkarını dondurub. Onların müsəlman olduğu bildirilir. Həbs olunanlardan çoxu əslən Pakistandandır.

Con Reyd təhqiqatda göstərdiyi yardıma görə Pakistan rəsmilərinə minnətdarlığını bildirib.

Pakistan rəsmiləri isə həmin terror cəhdi ilə bağlı həbs olunan iki nəfərdən birinin adını açıqlayıb. Xarici işlər Nazirliyinin məlumatında Əl Qaidə ilə əlaqələri olan Rəşid Raufun terror cəhdi işində əsas şübhəli olduğu bildirilir.

XS
SM
MD
LG