Accessibility links

Birləşmiş Ştatlar yeni terror aktlarının mümkün olduğu qənaətindədir


Britaniya rəsmiləri ölkələrindən Birləşmiş Ştatlara uçan Amerika sərnişin təyyarələrini partlatmaq cəhdində şübhəli bilinən 20-dən çox adamı həbs edib. London polis komisarının müavini Paul Stivenson müxbirlərə deyib ki, bu terror aktı sadəcə təsəvürümüzə gəlməyəcək dərəcədə böyük kütləvi qırğın olmalı idi.

Prezident Buş bu barədə deyib: ”Bu yaxınlarda baş verən həbslər bizə azadlıq sevən insanları yer üzərindən silmək üçün əlindən gələni edən “islam faşistlərilə” müharibədə olmağımızı xatırladır.“

Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Naziri Maykl Çertoffun fikrincə, bu cəhd çox gözəl planlaşdırılmışdı. ”Bizim fikrimizcə, Britaniyada baş verən həbslər bu böyük təhlökəni möhkəm sarsıdıb. Lakin biz təxmin etmirik ki, bu hədə tamamilə ortadan qaldırılıb və ya biz bu terror şəbəkəsinin üzvlərini tamamilə müəyyən edib və aradan qaldırmışıq.”

Cənab Çertoff deyir ki, bu cəhd terror bombardmanının necə yerinə yetirilməsi barədə mükəmməl bir konsepsiyanın olduğuna işarədir: ”Əlbətdə bizi narahat edən məsələlərdən biri bu, bombanın təyyarənin içərisinə hissələrlə gətirilməsidir ki, həmin hissələr ayrı-ayrılıqda heç bir şübhə doğurmur. Lakin onlardan artıq tıyyarınin tərkində bomba düzəltmək mümkündür.”

Birləşmiş Ştatlar təhlükəsizliyi möhkəmləndirmək üçün tədbirlər görür. Daxili Təhlükəsizlik Naziri Maykl Çertoff deyir ki, insanlar öz səyahət planlarını arxayın yerinə yetirməlidirlər, amma ətraflarından diqqətli olmalı, və hava limanının təhlükəsizlik xidməti işçilərilə təmkinli davranmalıdırlar.

XS
SM
MD
LG