Accessibility links

Təyyarəni yerə endirən qadının məhkəməsi başlayır


Bu gün Londondan Vaşingtona səfər edən təyyarənin göyərtəsində sərnişinləri terror xəbəri ilə qorxudan Vermontlu qadının məhkəməsi başlayır.

Bilindiyi kimi, Londondan Vaşinqtona səfər edən təyyarədə 59 yaşlı Katrin Meyo uçuş heyəti ilə şiddətli mübahisəyə girmiş, nəticədə həm sərnişinləri, həm də təyyarə heyətini möhkəm qorxutmuşdu. Təyyarə kapitanının verdiyi həyəcan siqnalından sonra qırıcı təyyarələr havaya qalxmış və təyyarə Bostona endirilmişdi.

Təyyarə havadaykən Katrin Meyo-nun çantasında alışqanların və bir şüşə tibbi məqsədlər üçün istifadə olunan kerosin mənşəli maddənin olduğunun ortaya çıxması panikanın böyüməsinə səbəb olmuşdu. Katrin Meyo-nun heyət üzvlərindən birinə kəsici alətlə hücum etməsi və əl-Qaidəyə mənsub olduğunu bildirən sözlər işlətməsi barədə iddiaların isə əsassız olduğu bildirilir.

XS
SM
MD
LG