Accessibility links

Livan qoşunlarını ölkənin cənubuna yerləşdirir


Livan BMT-nin qərarı ilə israil və Hizbullah arasında bir ay sürən müharibənin dayanması haqda qətnaməsinə uyğun olaraq, ölkənin cənub bölgələrində öz hərbi qüvvələrini yerləşdirir.

Livan əsglərlərini daşıyan zirehli tenxika bu gün Litani çayını keçərək, cənubda israil sərhəddi istiamətində hərəkət edib. İsrail hərbi qüvvələri Livanın cənubundakı ərazilərin nəzarətini orada mövcud BMT qüvvələrinə təhvil verdiyini bildirib.

Hizbullahın tərksilah olunması məsələsi isə hələlik həll olunmamış qalır. Livan Hizbullahı zorla tərksilah etməyəcəyini bildirib. ABŞ Dövlət katbi Kondoliza Rays bəyan edib ki, yeni beynəlxalq qüvvlərin Hizbullahı tərksilah edəcəyi gözlənilmir.

XS
SM
MD
LG