Accessibility links

Ukrayna: Yanukoviçin Moskvaya günaşırı səfərləri şübhə doğurur


Ukrayna mətbuatının yazdığına görə, baş nazir Viktor Yanukoviç bu həftə ərzində Rusiyaya ikinçi səfərini etmişdir. Hökumət mənbələrinə istinad edən məqalədə bildirilir ki, baş nazir Moskvaya dünən səhər gedib və Kiyevə sabah axşam qayıdacaq. Səfərin məqsədləri barədə məlumat verilmir.

Xatirladaq ki, bu ay baş nazir vəzifəsinə təyin edilmiş cənab Yanukoviç, bu həftə Rusiyada həmkarı Mixail Fradkov ilə görüşmüşdür. Görüş zamanı müzakirə olunan əsas məsələ Rusiyanın Ukrayinaya satdığı təbii qazının satış qiyməti olmuşdur.

XS
SM
MD
LG