" hspace=2 src="/azerbaijani/images/ap_afghanistan_nato_forces_29jul06_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>Əfqanıstan rəsmiləri Qəndəhar vilayətində NATO və Əfqanıstan hərbi qüvvələri ilə taliban döyüşçüləri arasında baş vermiş döyüşlərdə azı 70 yaraqlının öldürüldüyünü bildirirlər. Mahal polis rəisi Niyaz Məhəmməd Sərhadi deyib ki, dünən gecə Qəndəhar şəhərindən cənub-qərbdə Pəncavi mahalında baş verən döyüşlərdə 4 əfqan polis və bir əfqan əsgər həlak olub. Döyüşlər NATO-nun başçılıq etdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım qüvvələrinin Əfqanıstanın cənub vilayətlərinin təhlükəsizliyinə nəzarət etdiyi vaxt təsadüf ebaş verib. NATO-nun sözçüsü mayor Scott Lundy deyib ki, dünən gecə davam edən döyüşlər zamanı ağır top və təyyarələrdən istifadə edilib. Bu, 3 həftə öncə NATO Əfqanıstanın cənub vilayətlərinin təhlükəsizliyinə nəzarət etməyə başlayan vaxtdan bəri ən şiddətli döyüşlərdir. Əməliyyat zamanı Beynəlxalq Təhlükəsizliyə yardım qüvvələrinin itkiyə məruz qalmadığı bildirilir. Qəndəharın şose yolu regionun ticarəti üçün xüsusi əhəmiyyət daşıyır. Taliban döyüşçüləri vaxtaşırı bu yola hücum edir. NATO rəsmiləri yolun təhlükəsizliyinin təmin etdilməsinin əhəmiyyətini vurğulayır. Yerli camaat taliban döyüşçülərini məğlub etmək üçün NATO-ya yardım göstərir.