Accessibility links

Israil Suriya ilə danışıqlara hazır deyil


İsrail baş naziri Ehud Olmert deyir ki, onun hökuməti Dəməşq terrorçu qruplara dəstəyini dayandırmayanadək Suriya ilə sülh danışıqlarını bərpa etməyəcək. Cənab Olmert bu gün söyləyib ki, Suriya İsrailə qarşı istifadə edilmək üçün Hezbullahı raket və mərmilərlə təchiz etdiyi bir zamanda onunla danışıqlar aparmaq mənasızdır. Baş nazir bu sözləri şimali İsrail ərazisini gəzərkən dilə gətirib. İsrailin baş nazir müavini Şimon Peres də buna oxşar bəyanatda İsrailin başının Livan və Fələstində münaqişələrə qarışdığını deyərək bu məsələlərə vaxtı olmadığını söyləyib. Bundan əvvəl İsrailin kabinet naziri Avi Ditçer inandığını bildirib ki, İsrail tam sülh müqaviləsi əvəzində Qolan Yüksəkliklərini Suriyaya qaytarmalıdır.
XS
SM
MD
LG