Accessibility links

Prezident Buş: "Katrina qasırğasından sonra bərpa işləri bürokratik maneələrlə üzləşir"


Prezident Buş deyib ki, keçən il baş vermiş və ABŞ-ın sahilyanı ərazilərini dağıtmış Katrina qasırqasından sonra bərpa işləri hələ də bürokratik maneələrlə üzləşir.

Cənab Buş bəyanatı bu gün, qasırğa zamanı evini itirmiş Nyu Orlean sakini ilə görüşdən sonra Ağ Evdə keçirilmiş mətbuat konfransında etmişdir. Bundan başqa, cənab Buş bərpa işlərini davam etdirmək məqsədi ilə 110 milyard məbləğində vəsait ayrılması barədə qərara görə qanunvericilərə təşəkkürünü bildirmişdir.

Prezident deyib ki, bərpa işləri hələ uzun müddət davam edəcək və hökümət yerli əhalinin uzləşdiyi bürokratik maneələri aradan qötürmək istəyir. Prezident qeyd edib ki, qasırğanın gələn həftə qeyd olunacaq ildönümü qurbanları yad etmək vaxtıdır.

XS
SM
MD
LG