Accessibility links

Corc Buş Nyu Orleana gedəcək


Bu gün etdiyi ənənəvi həftəlik radio müraciətində prezident Buş gələn həftə bir il bundan əvvəl Katrina qasırğasının dağıtdığı Nyu Orlean şəhərinə gedəcəyini bildirib.

Cənab Buş federal, ştat və yerli hökumətlərin Katrinanın Birləşmiş Ştatların Körfəz Sahillərinə vurduğu ziyanı aradan qaldıra bilmədiyini deyib. Lakin o əlavə edib ki, federal hökumət gələcək bərpa işləri üçün 110 milyard dollar ayırıb. Cənab Buş ştat və yerli hökumətləri regionun bərpasında köməyə çağırıb.

Demokratların həftəlik radio müraciətində isə Luizianadan olan senator Meri Landrü on minlərlə ailənin Katrina qasırğasından sonra hələ də evlərinə dönə bilmədiyini deyib.

XS
SM
MD
LG