Accessibility links

Prezident Buş hökumətin Katrina qasırğası qurbanlarına köməyi davam edəcəyinə vəd verib


Prezident Buş hökumətin Katrina qasırğası qurbanlarına yardımı davam etdirəcəyini vəd edib. Baş vermiş qasırğadan bir il sonra prezident əraziyə səfər edir və qasırğada sağ qalmış insanlar ilə qörüşlər keçirir.

Prezident bildirib ki, qasırğanın törətdiyi dağıntıların bərpası prosessi bir neçə il davam edəcək. Lakin o deyib ki, burada yaşayan və işləyən insanlar öz evlərini və həyatlarını bərpa etmək niyyətində qərarlıdırlar.

Prezident Buş Mississipi ştatının Biloksi şəhərində Katrina qasırğasının törətdiyi dağıntılarla tanış olandan sonra əhali ilə qörüşərək, onların qarşısında çıxış edib. Qeyd edək ki, Prezident əraziyə ilk dəfə qasırğadan sonra qəlmişdi və cari qəlişi zamanı əldə olunmuş inkişafı xüsusi qeyd etmişdi. Prezident qeyd edib ki, regionda dövlət tarixində ən böyük yenidənqurma lyihəsi həyata keçirilir və işlərin ən çətinləri hələ də irəlidədir.

XS
SM
MD
LG