Bu gün xam neftin barelinin qiyməti 70 ABŞ dollarını keçib. Buna səbəb, Birləşmiş Millətlər Təşkilatının İrana nüvə proqramlarını dayandırması barədə verdiyi vaxtın sabah bitməsidir.
Nyu Yorkda neftin satış qiyməti 50 sent artaraq bir barrelə 70 dollar 24 sentə çatmışdır. Londonda Brent tipli xam neftin qiyməti 60 sent artaraq bir barrelə 70 dollar 46 sent olmuşdur. Dünən qiymətlər 70 dollardan aşağı idi.
Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası İranı uranı zənqiləşdirməsini dayandırmadığı təqdirdə sanksiyalarla hədələyir. Mütəxəssislərin rəyinə görə tətbiq oluna biləcək sanksiyalar İrandan neft təchizatını azalda bilər və neft qiymətlərinin yenidən qalxmasına səbəb ola bilər.