Qazaxıstanda məhkəmənin qərarı ilə sabiq siyasi rəsmiləri daxil etməklə 10 nəfər müxalifət rəhbəri Altınbəy Sarsənbayevin qətlinə görə məhkum olunub. Bu gün məhkəmənin qərarı ilə, qətli sifariş etməkdə günahlandırılan sabiq parlament aparatının rəhbəri Erjan Ütembayev 20 il həbs cəzasına məhkum olunub.
Prokurorun bildiridiyinə görə, cənab Ütembayevin qətli sifariş etməsində səbəb, cənab Sarsənbayevin qəzetdə dərc etdiyi məqalələr ətrafında yaranmış şəxsi mübahisə olmuşdur. Məhkəmə sabiq polis zabiti Rüstəm İbrəhimovu qətlə icra etməsinə görə ölüm cəzasına məhküm edib. Lakin Qazaxıstanda ölüm hökmünün icrasına moratoriumun elan olunması ilə əlaqədar bu cəza ömürlük həbs cəzası ilə əvəz olunub.