Accessibility links

İsrailin müdafiə naziri müharibə üzərində ətraflı tədqiqat tələb edir 


İsrailin müdafiə naziri ötən ay Livanda aparılan müharibə üzərində ətraflı tədqiqat aparılmasını tələb edir. Amir Peretzin dövlət komissiyası yaradılması haqda çağırışı Baş Nazir Ehud Olmertin məhdudlaşdırılmış araşdırma haqda təklifi ilə təzad təşkil edir. Belə ki, dövlət komissiyasının rəsmiləri məhkəmə qarşısına çıxarmaq və ya onları işdən xaric etmək səlahiyyətləri olacaq. Cənab Olmertin hökuməti Livanda bir ay davam edən müharibənin aparılması ilə bağlı tənqidlərlə üzləşir. Ötən ay keçirilmiş rəy sorğularına əsasən əksəriyyət müharibənin səriştəsiz aparılmasına görə Olmertin istefa verməsini istəyir. Qeyd edək ki, münaqişə zamanı 150 İsrailli və minə yaxın Livanlı həlak olub.
XS
SM
MD
LG