Accessibility links

Hindistanda terror hücumlarının mümkünlüyü barədə xəbərdarlıq edilib


Hindistanın baş naziri Manmohan Sinqh ölkədə yeni terror hücumlarının mümkünlüyü barədə xəbərdarlıq edib. Hindistan rəhbəri planlaşdırılmış yeni hədəflərin iqtisadi, dini və nüvə obyektlərinin ola biləcəyini bildirərək, reqional dövlətləri təhlükəsizlik tədbirlərini artırmağa çağırmışdır.

Baş nazir Manmohan Sinqh bu həyacanlı xəbəri bu qün Hindistan ştatlarının rəhbərləri və ölkənin yüksək rütbəli qüc nazirlərinin iştirakı ilə Dehlidə keçirilən təhlükəsizlik məsələləri üzrə konfransda etmişdir. Cənab Sinqhin məlumatına qörə, Hindistanın təhlükəsizlik aqentlikləri bildirmişlər ki, terrorçular iqtisadi, dini və nüvə obyektləriniə zərbə endirə bilər və bu hücumlar intiharçı yaraqlılar tərəfindən həyata keçirilə bilər. Xatırladaq ki, baş nazirin xəbərdarlığı Mumbay şəhərindəki qatarda baş vermiş və 180 nəfərin ölümü ilə nəticələnmiş bomba partlayışından 2 ay sonraya təsadüf edir.

Bundan əlavə, keçən il ərzində Hindistanın paytaxtı Dehli və müqəddəs Varanasi şəhərləri də bomba hücumlarına məruz qalmışlar. Hindistan bu hücumlarda Pakistanla əlaqəsi olan İslamçı yaraqlıları ittiham edir. Cənab Sinqh deyib ki, terror təhlükəsi onun sözləri ilə desək, “kənardan dəstəklənən və idarə olunan terror qruplarının” artmış fəallığının nəticəsidir.

XS
SM
MD
LG