Accessibility links

Hindistanda zorakılıqlar davam etməkdədir


Hindistanın qərbində baş verən bir neçə bomba partlayışı nəticəsində azı 22 nəfərin qətlə yetirildiyi, onlarla insanın isə yaralandığı bildirilir. Hindistan polisi partlayışların Maharaştra ştatının Maleqoan məntəqəsindəki məscid yaxınlığındakı ticarət mərkəzində, müsəlmanların cümə namazından bir az sonra baş verdiyini deyirlər.

Maharaştra polisinin rəhbərləri zorakılıqların qarşısının alınması məqsədi ilə təhlükəsizlik tədbirlərinin artırıldığını və bu əraziyə təcili olaraq əlavə qüvvələrin gətiriləcəyini bildiriblər. Qeyd edək ki, Maleqaon yaşayış məntəqəsində çoxluq təşkil edən hindular və azlıqda olan müsəlmanlar arasında dini zorakılıqlar uzun müddərdir ki, davam edir.

Maleqoanda baş verən partlayışlar Hindistanın baş naziri Manmohan Sinqhin ölkənin iqtisadiyyatına, dininə və nüvə hədəflərinə ziyan vuran terrorçu qruplara qarşı mübarizə çağırışlarından sonra baş vermişdir.

XS
SM
MD
LG