Accessibility links

BTC ölkələri gəlirlərini hesablayır


Bir zamanlar rentabelli olacağı şübhələr doğuran Bakı Tbilisi Ceyhan neft kəməri artıq ilk maliyyə uğurlarını nümayiş etdirir.

2 aydır ki, istifadəyə buraxılan Bakı Tbilisi Ceyhan əsas ixrac neft kəməri artıq ilk gəlirlərini gətirməyə başlayıb. Artıq marşrut üzərindəki ölkələr transit haqqından gələn gəlirlərini hesablamağa başlayıb.

Türk xəbər agentliklərinin verdiyi məlumata görə, BTC ilə bu iki ay ərzində 26 tanker və 18 milyon barrel neft dünya bazarlarına çatdırlıb ki, bu da Türkiyəyə 6.5 milyon dollar gəlir gətirib. Tranzit haqqından bu ölkənin götürdüyü gəlirin ilin sonunadək 200 milyon dollara çatacağı bildirilir.

Neft araşdırmaları Fondunun rəhbəri İlham Şabanın sözlərinə görə tikintisi, alınan kreditlərin faizləri də nəzərə alınmaqla, 5 milyard dollara başa gələn bu kəmərin rentabelliyi ilə bağlı artıq ən ciddi pessimistlərin də şübhələrinə son qoyulub.

Dünya bazarlarında neftin qiymətlərinin qalxması isə layihənin xərclərinin ödənərək mənfəət gətirəcəyi günü daha da yaxınlaşdırır.

Ekspertin sözlərinə görə, BTC-nin gəlirlərindən layihənin bütün səhmdarları, o cümlədən Azərbaycan hökuməti illik14 %-ə qədər dividend götürə bilər.

Xatırladaq ki, BTC layihəsinin 11 səhmdarı var. 30.1 %-lik səhmlər paketinə malik BP şirkəti BTC Conun ən böyük payçısıdır. Ondan sonra 25 %lə Azərbaycan Dövlət Neft Şirkəti, 8.9 %-lə Unocal, 8.7 %-lə Norveçin Statoylu gəlir. Digər payçılar arasında Türkiyənin TPAO-su, İtaliyanın ENİ-Acip alyansı, fransız Total, və Yaponiyanın İtoçu və İnpex şirkətləri, eləcə də ABŞ-ın Conoco Philips və Amerada Hess şirkətləri daxildir. Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG