Accessibility links

"Əcnəbi hərəmlərin nağılları" Amerika oxucularının rəğbətini qazanmaqdadır


Türklə ailə qurub həyatının qalan hissəsini müsəlman cəmiyyətində yaşamağı qərar verən avropalı və amerikalı qadınların yaşadığı hisslər haqqında heç düşünmüsünüzmü? Bəzilərinin ehtimal etdiyinin əksinə olaraq yaşanan mədəni şok heç də həmişə pis təəssüratlar buraxmır. Buna inanmayanlara "Əcnəbi hərəmlərin nağılları" toplusunu oxumağı məsləhət görərdim.

6 ölkədən olan 29 qadının hekayələrini nəql edən bu kitabın ərsəyə gəlməsinə Cennifer Eaton Gökmen ve Anastasiya Əşman. Cenifer Gökmen əcnəbi xanımların ara söhbətlərindən qaynaqlanan bu kitab ideyasının Türkiyənin dünyaya tanıdılmasında yeni bir səhifə açacağına inanır:

"Məqsədimiz Türkiyənin modern ve gözəl yönlerini Amerikalılara göstermek idi. Çünki, hamımızın bildiyi kimi, bu gün mediada, akademik çevrələrdə, ya da siyasətdə Türkiye ilə bağlı balanslı yazılara rastlamaq o qədər də asan deyil. Biz informasiya kəsirinin aşılmasında bu kitabın biraz yardımçı olacağına ümid edirik".

Kimisi sevdiyinin, kimisi işinin ardınca, kimisi də sadəcə macəra axtarışında Türkiyəyə gələn qadınlar kitabda Türkiyənin tarixi, coğrafi özəllikləri ilə yanaşı həm də türk insanın qonaqpərvərliyindən söz açırlar. Hər hekayədə qadlınlar bu qonaqpərvərliyin dil, mədəniyyət və ənənələrin yadlığını kompensasiya etdiyini qeyd edirlər.

Amma nəql edilən hekayələrdə çətinliklərdən də danışılır. Bir Amerikalı qadın Türkiyənin şərqində rastlaşdığı ən ciddi problemi belə ifadə edir. “Qadınların kişilərlə danışarkən üzünə baxmadığı bir yerdə ünsiyyət saxlamaq olduqca çətin idi. Mən heç cür kişilərlə danışdığım zaman gözümü yerə dikə bilmirdim, halbuki, mənə bunun yanlış olaraq dəvət kimi anlaşılacağını söyləmişdilər.”

Evli, subay kişilərin diqqətini özünə niyə cəlb etdiyini anlamayan bu xanım ürəyi məhəbbətlə dolu türk kişilərinin aşırı nəvazişlərinə baxmayaraq, gəzdiyi ucqar kəndlərin və tarixi abidələrin özəlliklərini də hafizəsinə, sonra isə haqqında söz açdığımız kitaba köçürə bilib.

Digər bir qadın isə Ərzurumda Sülh Korpusunda işlədiyi vaxt kişilərin yanında üzünü bağlayıb, lakin uşağını açıq əmizdirən qadınları anlamadığını qeyd edir. Lakin sonralar, Amerikaya döndükdən və iki uşağı olduqdan sonra özünün körpələrini əmizdirmək üçün yaşadığı çətinliklər ona müsəlman cəmiyyətində ana hüququnun hər şeydən üstün tutulduğunu anladıb.

Kitabın türkcə nəşri "Türkcə sevmək" adlanır və bir il bundan əvvəl işıq üzü görüb. İngiliscə nəşr isə İyunda satışa çıxarılıb və satış həcmləri artıq bu kitabın oxucu rəğbətini qazandığını göstərir.

XS
SM
MD
LG