Accessibility links

Roma Papasının qədim sənəddən sitat gətirməsi müsalmanları qəzəbləndirib


Roma Papası benediktin islamı zorakılıqla əlaqələndirən qədim sənəddən sitat gətirməsi müsalman əhalisi olan ölkələrdə qəzəblə qarşılanıb. Pakistan parlamenti bu gün yekdilliklə Papanın İslamı və Məhəmməd peyğəmbəri təhqir etməsi haqda bəyanat qəbul edib. İslamabadda Vatikanın səfiri xarici işlər nazirliyinə çağrılıb. Səfir deyilən sözlərin qəzəb doğurduğuna görə üzr istəyib. Bu arada Livanın ali Şiə ruhanisi Ayətullah Fədlallah birbaşa olaraq papanın özündən üzr istəməyini tələb edib. Roma Katolik Kilsəsinin rəhbəri bu qalmaqallı fikri Almaniyada akademiklərlə keçirdiyi görüş zamanı dilə gətirib. Benedikt 14-cü əsr Bizantin imperatorundan sitat gətirərək Məhəmməd peyğəmbərin şər və qeyri-insani əməllərə rəvac verdiyini söyləyib. Bütün Yaxın Şərq və Cənubi Asiya boyu müsəlman liderləri bu ifadələri pisləyiblər. Vatikan isə bildirir ki, papa İslama hörmət edir və heç kimi təhqir etmək fikrində olmayıb.



XS
SM
MD
LG