Accessibility links

Roma Papası təəssüf edir


Vatikan bildirib ki, Roma Papası Benedikt İslam barədə etdiyi şərhlərin müsəlmanları təhqir etdiyinə qörə səmimi qəlbdən təəssüflənir.

Dünyanın müxtəlif bölgələrindəki müsəlman rəhbərlər Roma Katolik kilsəsinin başçısını bu həftə Almaniyada bir qrup alimin qarşısında etdiyi çıxışına görə tənqid etmişdilər.

Bu çıxışda Papa 14-cü əsr Bizans imperatorunun sözlərindən sitat qətirərək Məhəmməd peyğəmbərin bəşəriyyətə yalnız cihad kimi “bəla və qeyri-bəşəri şeylər” bəxş etdiyini demişdir.

Vatikanın bu gün yaydığı bəyanatında bildirilir ki, kilsə müsəlmanlara etiram qöstərir və deyilir ki müsəlmanlar vahid olan Allaha ibadət edir. Vatikanın dövlət katibi kardinal Tarsisio Bertone deyib ki, papa öz çıxışında dinlər arasında münasibətləri və dini zorakılıqlara toxunaraq, münaqişələrə son qoymağı nəzərdə tuturdu.

Lakin Vatikanın bəyanatı müsəlmanların narazılığını səngitməyib. Papanın şərhlərindən sonra Mərakeş özünün Vatikandakı səfirini geriyə çağırmışdır.

XS
SM
MD
LG