Accessibility links

İraqda 24 saat ərzində 50-dən çox cəsəd aşkar edilib


İraq rəsmiləri deyiblər ki, son 24 saat ərzində təhlükəsizlik qüvvələri 50-dən çox cəsəd aşkar ediblər. Bununla paytaxtda son 3 qün ərzində dini zəmində baş vermiş zorakılıqlar nəticəsində qətlə yetirilənlərin sayı 100-ü ötüb. Ayrıca olaraq ABŞ hərbçiləri deyiblər ki, dünən baş vermiş bomba partlayışı nəticəsində 2 əsgər öldürülüb və 1 əsgər isə itkin düşüb. Bundan əlavə bu gün bir dəniz piyadası əsgəri İraqın qərbindəki Anbar vilayətində öldürülüb. Bu gün Ağ Evdə çıxış etmiş prezident Buş bildirib ki, İraqdakı vəziyyət çətindir. Lakin o, Amerikalıları İraqda ABŞ qoşunlarını saxlamağa və ekstremistlərlə mübarizə aparıb demokratiyanı qorumağa çağırıb.

XS
SM
MD
LG