Dünən Dövlət Departamenti Dünyada dini etiqad azadlığı ilə bağlı hesabatını açıqlayıb. Hesabata əsasən, dünyada dini azadlıqlar və fundamentalizm çiyin-çiyinə inkişaf edir.
Dövlət katibi Kondoliza Rays dini azadlıq barədə dövlətin hazırladığı hesabatı cəmiyyətə təqdim etmişdir. Hesabatda bildirilir ki, dini azadlıq demokratik bir dəyərdir və bu dəyər Amerikanın tarixindən qaynaqlanır: "Hal-hazırda bu anlayış bizim terrora və onu alovlandıran nifrət ideologiyasına qarşı apardığımız mübarizə ilə vəhdət təşkil edir. Bu günkü dünyada bizim sərhədlərimizdən kənarda dini azadlıq və dözümlülüyü təşviq etmək səylərimizmilli təhlükəsizlik məsələsinin vacib tərkib hissəsidir".
Dövlət departamenti bildirir ki, son illər ərzində dünyada siyasi azadlıqların qenişlənməsi tendensiyası dini azadlıqların qenişlənməsi ilə üst-üstə qəlir. Lakin ABŞ-ın beynəlxalq etiqad azadlığı məsələləri üzrə səfiri Con Hənford dünyanın bəzi reqionlarında müsəlman, hindu və buddist fundamentalizmin artmasını qeyd edir: "Müxtəlif dinlərə bu cür münasibət qöstərən dindarlar təriqət ayrıseçkiliyi zəminində zorakılıqların və diqər dinlərin nümayəndələrinə qarşı hücumların təşkil olunmasına səyləri artırırlar. Ya da ki, onlar ölkələrindəki hökümət üzərində nəzarəti əldə etməklə, digər dinlərə qarşı məhdudedici qanunları qəbul etdirməyə çalışırlar".
Cənab Hənford dini azadlıqların məhdudlaşdırdığı ölkə kimi Özbəkistanı misal qətirmişdir. Hesabatda Səudiyyə Ərəbistanında dini dözümsüzlüyü təşviq edən ədəbiyyatın yayılması ilə bağlı narahatlıq bildirilir və fələstinlilərin məsçidlərə qedişini məhdudlaşdırdığına görə İsrail tənqid olunur.
Hesabatın Azərbaycanla bağlı hissəsində ölkəmizdə din və etiqad azadlığı ilə bağlı vəziyyətin ötən ilə nisbətən dəyişmədiyi bildirilir. Bu azadlıqların pozulması ilə bağlı hallara Baptist kilsələrinin və bir sıra müsəlman icmalarına qarşı təzyiqlər, onların, eləcə də din araşdırmaları ilə məşğul olan bir sıra qeyri-hökumət təşkilatlarının qeydiyyatının ləğv olunması və ya qeydiyata alınmaması, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin dini icmaların işinə müdaxiləsi göstərilib.