İranın müxtəlif şəhərlərində may mitinqləri zamanı həbs olunan fəalların məhkəmələri davam etməkdədir. Vəkil Saleh Kamraninin işi üzrə Tehran məhkəməsinin 13-cü şöbəsində keçirilən dinləmələr başa çatıb və onun hökmünün qarşıdan gələn həftə veriləcəyi gözlənilir.
Cənab Kamraninin həyat yoldaşı Mina Əsgərinin servisimizə verdiyi məlumata görə, Saleh Kamraniyə 3 aydan 1 ilə kimi həbs cəzası kəsilə bilər.
Mina xanımın sözlərinə görə, Saleh Kamraninin hətta ittihamı təsdiqlənsə belə, azadlığa buraxılmalıdır. Çünki o, artıq həbsxanada, özü də Evin zindanında tənha kamerada 3 ay cəza çəkib.
Saleh Kamraninin səhhətinin yaxşı olduğunu deyən Mina Əsgəri, onun azadlığa çıxmasından sonra vəkillik lisenziyasının əlindən alınacağı ilə bağlı təhdidlər olduğunu lakin hədələrə inanmadığını söylədi.
Tam reportajı audio-formatda dinləyin.