Accessibility links

Əfqanıstanda ABŞ və Kanada əsgərlərinə hücumlar olub


Əfqanıstanda Birləşmiş Ştatlar və Kanada hərbiçilərinə özünüintihar hücumları nəticəsində iki mülki vətəndaş ölmüş, altı əsgər də daxil edilməklə 14 nəfər yaralanmışdır.

Birinci hadisə Qəndəharın cənubunda, bir nəfərin partlayıcı maddə olan maşını Kanada hərbiçilərinin keşik çəkdiyi yerdə partladaraq özünü və bir mülki vətəndaşı qətlə yetirmiş, üç əsgər də daxil edilməklə 11 nəfəri yaralamışdır. Bundan bir saat sonra isə paytaxt Kabildə bədəninə bomba bağlamış digər birisi Birləşmiş Ştatlar hərbiçiləri tərəfə qaçaraq özünü partlatmışdır. Nəticədə bir nəfər mülki vətəndaş ölmüş, üç əsgər yaralanmışdır.

XS
SM
MD
LG