Accessibility links

BMT-nin Baş Assambleyası işinə başladı


BMT-nin Baş Assambleyasının 61-ci sessiyası rəsmən işinə başladı. Sessiyanın açılışında çıxış edən Birləşmiş Ştatlar prezidenti dünyanın ekstremistlərin ideoloji mübarizəsi ilə üzləşdiyini deyib. Prezident bildirib ki, dövrümüzün ən böyük vəzifəsi terrorizmin məğlubiyyətidir.

İki günlük yığıncaqdan əvvəl ABŞ prezidenti Corc Buş və birinci xanım Lora Buş Ağ Evin sponsorluğu ilə təşkil edilən Qlobal Savadalanma ilə bağlı tədbirdə iştirak etmişdi. Prezident Buş konfransda deyib ki, savadsızlıq səviyyəsinin yüksək olduğu ölkələrdə rifah halının yüksəkliyi qeyri-mümkündür. Qeyd edək ki, konfransda Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin, eləcə də Birləşmiş Ştatlar Departamentinin və Təhsil Nazirliyinin rəsmiləri də iştirak edirdi.

XS
SM
MD
LG