Accessibility links

İran prezidenti nüvə proqramının sülhpərvər olduğunu deyir


İran prezidenti Mahmud Əhmədinejad deyib ki, İranın nüvə silahı istehsal etmədiyini bundan artıq necə sübuta yetirilməli olduğunu bilmir.

BMT-nin baş qərargahında müxbirlərlə görüşən prezident İranın heç bir ölkənin indiyədək təqdim etmədiyi sənədləri agentliyə təqdim etdiyini bildirib. Mahmud Əhmədinejad bir daha deyib ki, İranın nüvə proqramı dinc mahiyyət daşıyır.

Yaxın Şərdəki vəziyyətə toxunan İran lideri yəhudilərin əleyhinə olmadığını, lakin fələstinlilər üçün ədalət axtardığını bildirib. Mahmud Əhmədinejad İsrail dövlətini təsis edən sionistlərin fələstinliləri yerlərindən didərgin saldığını deyib.

XS
SM
MD
LG